ABŞ-ın Oreqon ştatında güclü külək və yağış həyatı iflic edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Orqon ştatının Salem vilayətində torpaq sürüşməsi baş verib, avtomobil yolları bağlanıb, bəzi yaşayış evləri su altında qalıb.
Bölgədə fövqəladə vəziyyət elan olunub, kommunikasiya və elektrik enerjisi kəsilib. Əhalinin evakuasiyası üçün əraziyə hərbçilər cəlb edilib. Vaşinqton ştatında da analoji vəziyyət hökm sürür. Sel ən çox Seatl şəhərinə təsir edib.
Samir