"Rusiyaya qarşı sanksiyaların davam etməsində heç bir çətinlik görmürəm".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Federika Moqerini deyib.
Onun sözlərinə görə, bu məsələyə həftəsonu keçiriləcək Aİ-nın dövlət başçılarının sammitində baxılacaq: "Gündəliyimizdə Rusiya məsələsi yoxdur. Əgər nazirlər istəsələr, bu, mənim üçün problem deyil. Mən düşünürəm ki, bu məsələ Aİ-nın dövlət başçılarının iclasında müzakirə ediləcək. Mən bunda heç bir çətinlik görmürəm".
Qeyd edək ki, Ukrayna böhranı ilə əlaqədar 2014-cü ilin martından etibarən Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Həmin ilin iyulundan isə ABŞ sanksiyalar siyahısını genişləndirib.
Samir