Ukraynada prezident Petro Poroşenkonun rəhbərliyi ilə baş tutan iclasda qalmaqal yaşanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər evrir ki, Ukrayna daxili işlər naziri Arsen Avakov və Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili mübahisə ediblər. Mübahisə bir müddət sonra təhqir dolu sözlərlə əvəz olunub. Avakov qarşısındakı su dolu stəkanı Saakaşviliyə atıb.
Mübahisəyə səbəb Saakaşvilinin Avakovu korrupsiyada ittiham etməsi olub. Avakov isə cavabında "Mənim Ukraynamdan rədd ol. Sən aktyorsan" deyib. Saakaşvili isə onun oğru olduğunu sübut etməyə söz verib.
Avakovun öz Feysbuk səhifəsində yaydığı həmin görüntüləri təqdim edirik:
Samir