16 Dekabr 2015 19:22
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Türkiyənin hava məkanını bir daha pozmayacağına dair zəmanət versin”.


Publika.az “haberler.com” saytına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic Rusiya xarici işlər nazirinin köməkçisi Aleksey Meşkovun bəyanatını şərh edərkən deyib.


Rusiya xarici işlər nazirinin köməkçisi bildirib ki, Türkiyə təyyarənin vurulmasının təkrarlanmamasına zəmanət verməli və Rusiyaya təzminat ödəməlidir. Meşkov Türkiyənin beynəlxalq hüquq prinsiplərini, həmçinin iki ölkə arasında 1992-ci ildə imzalanan və əlaqələrin bünövrəsini təyin edən razılaşmanı pozduğunu söyləyib.

Tahju Bilgic Rusiyanın irəli sürdüyü şərtlərin yerinə yetirilməsinin mümkün olmadığını vurğulayıb.

Qeyd edək ki, Moskva noyabrın 24-də Türkiyənin F-16 qırıcısı tərəfindən vurulan Su-24 təyyarəsinin vurulmasına görə Türkiyədən üzr istənilməsini, pilotların cəzalandırılmasını və təzminatın ödənilməsini tələb edir.


Müəllif:

Oxşar xəbərlər