Britaniyalı Con Biden Sakit Okeanı avar çəkməklə, təklikdə və dayanmadan keçən ilk şəxs oldu.
Publika.az xəbər verir ki, onun 6 metrlik qayığı dekabrın 27-də Avstraliya sahilinə çatıb. Biden iyunun 1-də ABŞ-ın San-Fransisko şəhərindən start götürmüşdü və Avstraliyina sahilinə dekabrın 27-də çatdı.
DPA-nın və ABC.net-in məlumatına görə, 53 yaşlı Biden 209 gün ərzində hər gün 15 saat avar çəkirdi.
2011-ci ildə Biden 53 gün avar çəkməklə Atlantik Okeanı keçdi.