20 Aprel 2014 14:07
1 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ortodoks xristian din aləmində Pasxa bayramı qeyd olunur. Peyğəmbər İsa Məsihi tərəfdarları ötən gün gecə saatlarından başlayaraq bayramı qeyd etməyə başlayıblar. Xristian ölkələri ilə yanaşı, Yaxın Şərqdə - İsraildə, Türkiyə və Misirdə də bayram əhval ruhiyyəsi yüksək olub. İnsanlar kilsələrdə toplaşaraq müxtəlif ayinlər yerinə yetirib və dualar ediblər.

Pasxa xristianların dini kitabı İncildə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük Pəhrizdən əvvəlki İsanın Ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu Şam Yeməyi və ayaq yumanın anıldığı Müqəddəs Cümə Axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi Müqəddəs Həftə adlanır.

Pasxadan sonra əlli günlük Estertide və ya Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük Günü ilə başa çatır.


Müəllif:

Oxşar xəbərlər