18 Yanvar 2016 16:36
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Fransua Ollan ölkədə fövqəladə iqtisadi vəziyyətin elan olunması haqqında fərman imzalayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Olland həmçinin, sabit sosial və biznes-modelində dəyişiklik ediləcəyi barədə xəbərdarlıq edib. Onun fikrincə, Beşinci respublikanın sosial siyasəti son illər özünü doğrultmayıb.

Məlumatlara görə, yaxın vaxtlarda hökumət ölkədəki işsizliyi azaltmaq və Fransa iqtisadiyatının sabit artımını təmin etmək məqsədilə tədbirlər planı hazırlayacaq.

Fransa prezidentinin irəli sürdüyü təcili islahatlar paketinin konkret məzmunu barədə hələlik məlumat yoxdur.

Samir


Müəllif: