Türkiyənin Baş naziri Əhməd Davudoğlunun kortecinin keçəcəyi yolda partlayış baş verib.
Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər yüngül xəsarət alıb. Partlayışın dəqiq səbəbləri araşdırılır. İlkin ehtimala görə, hadisə PKK terrorçuları tərəfindən törədilib.
Qeyd edək ki, Davudoğlu bu gün Mardin şəhərinə gedəcək.
Samir