7 Fevral 2016 13:58
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvanda baş vermiş güclü zəlzələ qurbanlarının sayı 23 nəfərə çatıb, 156 nəfər itkin düşmüş hesab edilir.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, zəlzələ zamanı 17 mərtəbəli binanın uçması nəticəsində xeyli insan dağıntılar altında qalıb. Ölü sayının artacağı istisna deyil. İlkn məlumatlara görə, hazırda xəstəxanalarda 484 yaralı müalicə edilir. Binanın dağıntıları arasında sağ qalanların xilas edilməsi işinə 600 nəfər cəlb edilib.

Qeyd edək ki, dünən Tayvan adasının cənubunda 6,7 bal gücündə zəlzələ baş verib.

Samir


Müəllif: