7 Fevral 2016 22:11
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada dövlət şirkəti "Pemex" neft platformasında baş verən yanğın nəticəsində iki nəfərin öldüyü barədə məlumat yayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata əsasən, şirkətin məlumatında qeyd olunur ki, yanğın Meksika körfəzində "Abkatunun A" platformasında baş verib.

Həmçinin, yanğın nəticəsində daha 9 nəfər yaralanıb. Onlar hava yolu ilə xəstəxanaya çatdırılır.

Platformadakı yanğın söndürülüb.


Müəllif: