Suriyanın Hələb şəhərinin Azez rayonunda yerləşən Minniğ hərbi bazası PYD qüvvələri tərəfindən ələ keçirilib.
Sözügedən hərbi baza Rusiya qırıcılarının dəstəyi ilə PYD-nin nəzarətinə keçib.
Bundan əlavə, Rusiya qırıcıları Azez rayonunun ətrafı, Tel Rıfat və Mare bölgələrini də bombardman edib.
Qeyd edək ki, Azez rayonu Türkiyə ilə sərhəddə yerləşir.