12 Fevral 2016 14:24
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın İmmersion şirkəti patentlərinin pozulması ittihamı ilə Apple korporasiyasını məhkəməyə verib.

Bu barədə Trend Gazeta.ru-ya istinadən verir.

İddia ərizəsində bildirilir ki, Apple 3D Touch və Force Touch texnologiyaları İmmersion şirkətinin patentlərini pozur. Şirkət hesab edir ki, iPhone 6, iPhone 6s və Apple Watch cihazlarında istifadə olunan "touchscreen" texnologiyası İmmersion mütəxəssisləri tərəfindən icad edilib.

Qeyd edək ki, məhkəmə VirnetX şirkətinin patentlərinin pozulmasına görə Apple korporasiyasını 626 milyon dollar cərimə etmə barədə qərar çıxarıb.


Müəllif:

Oxşar xəbərlər