İŞİD terror təşkilatı döyüşçüləri Liviya Silahlı Qüvvələrinə məxsus döyüş təyyarəsini vurub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Liviya Silahlı Qüvvələrinin komandiri Sakr əl-Caruşi məlumat verib.
Onun sözlərinə görə, təyyarə İŞİD mövqelərini bombaladığı zaman radardan itib: "İddia olunur ki, MiQ-32 tipli təyyarə Benqazi ətrafında zenit raket sisteminin zərbəsinə tuş gəlib. Təyyarədə olan hər iki pilot qəzadan sağ xilas olub".
Samir