Rusiya Suriyanın Azez bölgəsini bombalayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, türk ordusunun iki gündür həyata keçirdiyi bombardıman nəticəsində PKK-nın Suriya qolu PYD həmin bölgədən çıxarılmışdı.
Bu gün Rusiya təyyarələri yenidən Azez bölgəsini bombalayıb. Bombardıman nəticəsində bir xəstəxana və bir məktəb vurulub, 15 nəfərin öldüyü, 50-dən çox insanın yaralandığı bildirilir. Yaralılardan 20 nəfəri Türkiyənin Kilis xəstəxanasına çatdırılıb.
Bundan sonra, Türkiyə ordusu toplarla, tanklarla PYD-nin hələ də olduğu Minnağ aeroportunu, Telrifat və Şavarikat bölgələrini vurmağa başlayıb. Bu dəqiqələrdə bombardımanın davam etdirildiyi bildirilir.
Azad Suriya Ordusu da PYD-ni bombalamaqda davam edir.