Rusiyanın Mərkəzi Bankı böhran səbəbiylə hər kəsin işini itirə biləcəyini, buna görə də qənaət edilməsi lazım olduğunu açıqlayıb.
Avropa.info xəbər verir ki, iqtisadi böhranla qarşılaşan Rusiyanın Mərkəzi Bankı qənaət etmələri üçün vətəndaşa müraciət ünvanlayıb. Bankın sədr müavini Sergey Şvetsov Rusiya vətəndaşlarına televizor və paltaryuyan kimi məişət texnikasını almamağı tövsiyə edib.
TASS agentliyinin xəbərinə görə bank sədrinin müavini xalqa xitabən bunları deyib: "Bu gün hər kəs işini itirə bilər. Buna görə də xərcləri azaltmaq, qənaətli olmaq, istehlaka meyilli olmamaq lazımdır".