ABŞ Türkiyə-Rusiya qarşıdurmasında rəsmi Ankaranı dəstəkləyir.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib.
“Ankara ilə Moskvanın arasında münasibətlər məlum təyyarə insidentindən sonra gərginləşib. Biz hər iki tərəfi gərginliyi azaltmağa çağırırıq. Bununla belə biz Rusiyanın regionda törətdiyi təxribatlara qarşı Türkiyə və digər tərəfdaşlarımızla çiyin-çiyinə dayanacağıq”, deyə C. Ernest bildirib.