21 Fevral 2016 19:59
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya höküməti Rusiya və Səudiyyə Ərəbistanının də dəstəklədiyi neft hasilatının dondurulmasına dair razılaşmaya qoşulacaq.

"Report"-un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bunu Nigeriyanın energetika naziri Emmanuel Kaçuvku bildirib.

Nazirin sözlərinə görə, Nigeriya "qara qızılın" hasilatını artırmayacaq və yanvar ayı səviyyəsində saxlayacaq. "Sutkada 2.2 milyon barrel göstəricisini saxlayacağıq", - deyə Kaçuvku qeyd edib.

Daha öncə, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neftin hasilatının 11 yanvar tarixindəki göstəriciyə uyğun dondurulmasına qərar vermişdi.


Müəllif:

Oxşar xəbərlər