Bolqarıstanın Baş naziri Boyko Borisovu ölümlə təhdid ediblər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı baş nazir şəxsən məlumat verib. Onun sözlərinə görə, naməlum şəxslər onun iş masasının üzərinə içərisində güllə, baş nazirin fotosu və təhdid dolu sözlər yazılmış məktub qoyublar:
"Fikrimcə, bu, mənim ölkədə qaçaqmalçılığın qarşısının alınması üçün gördüyüm işlərlə bağlıdır. Qaçaqmalçılığın qarşısının alınması məqsədi ilə görülən işlər nəticəsində ölkə büdcəsinə 1,5 milyard avro gəlir daxil olub".
Borisov qeyd edib ki, bu, onun həyatında qarşılaşdığı ən ciddi ölüm təhdidi deyil.
Samir