"Suriya böhranının həllində Rusiya və İranın iştirakı vacibdir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın Demokratik partiyasından prezidentliyə namizəd Hillari Klinton deyib:
"Hər iki güc Suriya prezidenti Bəşər Əsədi dəstəkləyir. Onlar siyası və diplomatik danışıqların bir hissəsi olmalıdır. Ancaq mən Rusiyanın Suriyada hərbi əməliyyatlar keçirməsinin əleyhinəyəm. Bu hücumlar zamanı xeyli dinc insan həlak olur. İnanıram ki, Suriyada atəşin dayandırılması uzunmüddətli olacaq".
Qeyd edək ki, fevralın 23-də ABŞ və Rusiyanın Suriya ilə bağlı birgə bəyanatı yayımlanıb. Bəyanatda bildirilib ki, fevralın 27-dən Suriyada atəş dayandırılmalıdır.
Samir