26 Fevral 2016 01:34
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun fasilədən sonra İran ilə Özbəkistan arasında ilk anlaşma əldə olunub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, İranın İmam Xomeyni Beynəlxalq Hava Limanı ilə Özbəkistanın Navoi Beynəlxalq Hava Limanı arasında tranzit anlaşması imzalanıb.

Anlaşmaya görə, İran aeroportu Özbəkistan mallarının digər ölkələrə çatdırılmasında tranzit mərkəzi olaraq xidmət göstərəcək. İki ölkə arasında ticarət dövriyyəsinin həcminin cari ildə 1 milyard dollara çatacağı ehtimal edilir. Hazırda İran ilə Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 250 milyon dollara yaxındır.


Müəllif:

Oxşar xəbərlər