Moldovanın baş prokuroru Corneliu Gurin fevralın 26-da istefa verib.
Ölkə parlamenti bundan bir gün əvvəl prokurorluğun səmərəlşdirilməsinə səs verib. Baş prokuror fevralın 26-da parlamentdə çıxış edərkən martın 1-dən istefaya gedəcəyini bəyan edib.
Qeyd edək ki, bundan təxminən 3 həftə sonra baş prokurorun səlahiyyət müddəti bitir.
Deputatlar fevralın 25-də hökumətin apardığı islahatlar çərçivəsində korrupsiya ilə mübarizə idarəsi ilə xüsusi hallar üzə qurumun birləşdirilməsinə səs verib.
2016-cı ilin avqustunda qüvvəyə minəcək bu dəyişiklik həmçinin baş prokurorun səlahiyyətlərini məhdudlaşdırır.
Bundan sonra baş prokuroru parlament yox prezident təyin edəcək. Rusiyapərəst Sosialist partiyasının deputatları sesiyanı tərk ediblər.