27 Fevral 2016 09:46
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosovonun paytaxtı Priştinada müxalifət tərəfdarları ilə polis arasında toqquşma olub.

Polis parlament binasının ətrafına toplaşan aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Mərkəzi meydanda çadır quran müxalifət tərəfdarları hökumətin istefası və vaxtından əvvəl parlament seçkisi keçirilməsini tələb edirlər.

Polis aksiyaya etirazçılar binaya yandırıcı butulkalar atanda müdaxilə edib. Müxalifət Kosovodakı serb rayonlarına böyük muxtariyyət verilməsi və Çernoqoriya ilə sərhədin yenidən təyin edilməsi ilə bağlı hökumətin planına qarşı çıxır.(publika.az)


Müəllif:

Oxşar xəbərlər