28 Fevral 2016 13:57
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin köməkçisi Co Bayden Los-Ancelesdə baş tutacaq 88-ci Oskar mükafatlandırma mərasiminə qatılıcaq.

Teleqraf.com xəbər verir ki, Bayden gecədə "Ən yaxşı orijinal mahnı" kateqoriyasında namizəd göstərilən Ledi Qaqanı anons edəcək. Bayden bunu 2015-ci ilin sentyabrda Prezident Barak Obama administrasiyası tərəfindən başlanılan cinsi təcavüz kampaniyasını dəstəkləmək məqsədilə edəcəyini bildirilib.

Qeyd edək ki, Bayden daha əvvəl də qadına qarşı şiddətə və universitet şəhərciklərində cinsi təcavüzə qarşı keçirilən tədbirlərdə iştirak etmişdi.

Ramal


Müəllif:

Oxşar xəbərlər