Hindistanda kişi 14 ailə üzvünü yatdıqları yerdə bıçaqla öldürüb, ondan sonra da özünü asıb.
RİA Novosti-nin məlumata görə, ölənlər arasında kişinin həyat yoldaşı, 8 uşağı, 3 bacısı və valideynləri olub.
35 yaşlı Hansil Varekar Txane şəhərində bayram tədbirlərinin təşkilatçısı kimi işləyirdi.
Hadisənin motivləri hələlik məlum deyil, polis araşdırma aparır./Trend/