Almaniyanın "Bild am Sonntag" qəzeti YPG ve PKK sıralarında döyüşən terrorçu almanların sayını açıqlayıb.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, "Bild am Sonntag" 120 nəfrədən artıq almanın Suriya və ya İraqda YPG və PKK terror təşkilatlarının sırasında yer aldığını bildirib.
Qəzetin bildirdiyinə görə, almanlar könüllü olaraq bölücü terror təşkilatları PKK və YPG-nin sıralarında döyüşürlər.
Suriya və İraqda gedən döyüşlərdə neçə almanın həlak olduğu barədə isə məlumat yoxdur.
Nihad