Amerikalı senator Ted Kruz bazar günü əsas rəqibini - Respublikaçılar partiyasından prezidentliyə namizəd olan Donald Trampı mafiya ilə əlaqələrdə günahlandırıb.
Teleqraf.com-un ria.ru-ya istinadən xəbərinə görə, Kruz En-Bi-Si-yə müsahibəsində deyib: "KİV-də xeyli məlumatlar var ki, Donald mafiya ilə iş görürü. Mümkündür ki, onun vergi sənədləri daha çox şey deyə bilər, nəinki yayılan məlumatlar".
Proqramın aparıcısı Kruzdan bu barədə faktlara malik olub-olmadığını soruşub. Kruz suala cavabında deyib: "Əlbəttə, Ey-Bi-Si, CNN telekanallarının onun işləri barədə çoxsaylı məlumatları var. Məsələn, o, S&A Constructrion şirkəti ilə iş görüb. Bu şirkətin sahibi isə həbsxanada yatmış cinayətkar - "Gombul" ləqəbli Toni Solerno olub". Onun sözlərinə görə, bu şirkətə Nyu-Yorkun iki cinayətkar klanı sahiblik edir: "Bu barədə KİV-də dəfələrlə məlumat yayılıb".
Tramp isə elə həmin gün En-Bi-Si-yə açıqlama verib və heç vaxt vergiləri açıqlamaq probleminin olmadığını deyib.
Nihad