Türkiyə hərbçilərinin də aralarında olduğu 20 ölkənin iştirakı ilə qurulan İslam ordusu təlimlərə başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təlimlər Səudiyyə Ərəbistanının şimal-şərqindəki Hafar əl Baten bölgəsində keçirilir.
Rəsmi məlumatlara görə, terrorla mübarizə məqsədi ilə qurulan ordunun təlimlərində 200 min hərbçi, 100 döyüş təyyarəsi və yüzlərlə hərbi avtomobil iştirak edir. Ekspertlər təlimləri İrana və Suriya rejimini dəstəkləyən ölkələrə hərbi mesaj kimi qiymətləndiriblər.
Samir