Kiprdə içərisində iki azərbaycanlı tələbə olan avtomobil qəzaya uğrayıb.
Teleqraf.com anspress-ə istinadən xəbər verir ki, hadisə paytaxt Lefkoşada qeydə alınıb.
Dr. Fazıl Küçük Bulvarı yolunda baş verən qəza nəticəsində 23 yaşlı Nicat Hacızadənin idarə etdiyi ZLP 335 nömrə nişanlı maşın yoldan çıxıb. Qəzaya səbəb isə yüksək sürət olub. Nəticədə sürücü idarəetməni itirib və maşın yolun sol tərəfindəki səkilərə çırpılıb.
Hadisə zamanı 4 nəfər ölüb. Maşının yoldan çıxması nəticəsində sürücü N.Hacızadə və Yunis Ərəbov aparıldıqları xəstəxanada dünyalarını dəyişiblər. Mehdi Laamyem adlı tələbənin vəziyyəti ağırdır, digər azərbaycanlı tələbə Anar Süleymanlının isə həyati təhlükəsi yoxdur.