Günlərdir Yunanıstan-Makedoniya sərhədində yaşayan miqrantlar İdomeni sərhəd məntəqəsini dağıdaraq ikinci ölkəyə keçmək istəyiblər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, tikanlı telləri kəsərək Makedoniyaya keçmək istəyən qaçqınların qarşısını polis kəsib. Onlara qarşı gözyaşardıcı qazdan istifadə olunub.
Ərəb miqrantlar Serbiyaya keçmək istədiklərini bildirsələr də, polislər onların Makedoniya ərazisinə girməsinə icazə verməyiblər.
Hazırda sərhəddə 6 min 500 əfqan, İraq və Suriyalı qaçqın gözləmə mövqeyindədir. Balkan ölkələri miqrantların Avropanın içərilərinə doğru irəliləməsinin qarşısını almaq üçün sərhədə tikanlı məftillər çəkiblər. İnsanlar aylarla Yunanıstanda qalması həm böhran vəziyyətində olan ölkənin büdcəsinə, həm də qaçqınların həyat şəraitinə mənfi təsir göstərir.
Martın 7-də Avropa Birliyi liderlərinin zirvə görüşündə qaçqın böhranı müzakirə olunacaq.
Ayxan