3 Mart 2016 12:30
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya torpaqlarının bütövlüyünü təhdid edən "B planı" ssenariləri ilə əlaqədar Ankara hərəkətə keçib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Türkiyənin "Axşam" qəzeti məlumat yayıb. Bildirilib ki, Ankaranın bu addımından sonra ABŞ bu plandan imtina edib:

"İlk gündən bəri "Suriyanın ərazi bütövlüyünün qorunması" mesajını verən və bu mövqeyini dəyişməyən Türkiyə Suriyanı parçalamağa yönələn ssenarinin qəbul edilməyəcəyini açıq şəkildə ifadə edib. Türkiyə tərəfi hesab edir ki, ehtimal olunan hər hansı parçalanma Yaxın Şərqi çıxılmaz məzhəb müharibəsinə sürükləyəcək. "B planı" da Suriyanı 3 fərqli cəbhəyə bölmək anlamına gəlir. Belə vəziyyət Rusiya tərəfindən də dəstəklənə bilər".

Qeyd edək ki, "B planı" barədə ilk mesaj bu günlərdə ABŞ Dövlət katibi Con Kerri tərəfindən verilmişdi. Kerri atəşkəs razılığının yerinə yetirilməməsi vəziyyətində Suriya böhranının həlli ilə bağlı “B planı”nın tətbiq ediləcəyini istisna etməmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər