Türkiyənin İstanbul şəhərində gecə saatlarında baş verən soyğun təhlükəsizlik kameralarına düşüb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, 3 nəfər marketə basqın edərək 600 lirə pul və bir neçə qutu siqaret oğurlayıblar. Onlardan birinin əlində "Kalaşnikov" avtomatı olub. Marketin satıcıları hadisənin şokundan ayılmamış cinayətkarlar gəldikləri avtomobillə oradan uzaqlaşıblar.
İstanbul polisi soyğunçuları yaxalamaq üçün araşdırmaya başlayıb.