13 Mart 2016 01:54
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen bundesverdə əsgər və zabit sayının artırılmasına dair planı təqdim edəcək. Bu haqda bu gün alman KİV-ləri məlumat verib. Onların məlumatına görə, hərbi qulluqçuların sayı 7 min nəfər artacaq. Bundan əlavə, artım mülki qulluqçulara da şamil olunacaq - 3 min nəfər.

Yaxın vaxtlarda açıqlanacaq plan, bundestaqın hərbi qulluqçuların işləri üzrə müvəkkili Hans-Peter Bartelsin son bəyanatlarına uyğundur. 2015-ci ilin dekabrında o bildirib ki, beynəlxalq münaqişələrin çoxalması ilə əlaqədar alman ordusunun sayını ən azı 7000 nəfər artırmaq lazımdır. Bartelsin sözlərinə görə, 2010-cu ildə bundesverdə başlamış islahatlarda nəzərdə tutulduğu kimi hərbi qulluqçuların sayını ən azı 185 min nəfərə çatdırmaq lazımdır.


Müəllif:

Oxşar xəbərlər