13 Mart 2016 19:46
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusyia Federasiyası maraqlarına cavab verdiyi hallarda ABŞ-la birgə hərəkət edəcək, ancaq Vaşinqtonun dostcasına olmayan istənilən hərəkətinə sərt cavab verəcək”.


APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov PEN-TV telekanalına müsahibəsində bildirib.


S.Lavrov deyib ki, hər şey Vaşinqtonun hakimiyyəti altında deyil: “Bu “kavaler-kovboy” əhval-ruhiyyəsi keçmişdə qalacaq. Biz buna anlayışla yanaşırıq. Gözləyirik ki, Vaşinqton siyasətçiləri yeni reallıqları nə vaxt qəbul edəcək. O vaxta qədər isə maraqlarımıza cavab verən yerlərdə birgə hərəkət edəcəyik, ancaq Vaşinqton tərəfindən dostcasına olmayan istənilən hərəkətə sərt cavab verəcəyik”.


Müəllif:

Oxşar xəbərlər