Rusiya prezident Vladimir Putin və ABŞ prezidenti Barak Obama Suriyada atəşkəsin saxlanılması və terrorizmlə mübarisə üçün iki dövlətin hərbi sahə də daxil olmaqla koordinasiyasının vacib olduğunu vurğulayıblar.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"ABŞ və Rusiya nümayəndələrinin Suriyada atəşkəsin saxlanılması, mühasirədə olan bölgələrdə əhaliyə humanitar yardımın çatdırılması və terrorizmlə effektli mübarizə üçün hərbi sahə də daxil olmaqla sız koordinasiya şəraitində işləməsinin vacibliyi qeyd olunub", - xəbərdə deyilir.
Nihad