Kiyev siyasi sahədə öz öhdəliklərini icra etməzdən əvvəl Rusiya və Donbasdakı separatçı rejimlər təhlükəsizlik sahəsində Minsk sazişi ilə nəzərdə tutulmuş öhdəliklərini icra etməlidirlər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti bundan əvvəl Krımın anneksiya olunmasına görə Rusiyaya qarşı tətbiq edilə biləcək yeni sanksiyaları nəzərdən keçirildiyini bildirib.