18 Mart 2016 12:11
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Birliyi nəyin bahasına olursa-olsun, miqrant axınının qarşısını almaq üçün Türkiyə ilə razılaşmağa çalışacaq. Ancaq bəzi təşkilat üzvləri Ankara ilə razılaşmanı dəstəkləmir".

Teleqraf.com xəbər verir ki, bununla bağlı ABŞ-ın "Politico" jurnalı məlumat yayıb. Yazıda bildirilir ki, Avropa Birliyi və Türkiyə arasında imzalanması planlaşdırılan miqrant sazişini 6 ölkə poza bilər:

"AVSTRİYA - Vyana hökuməti razılaşmaya şübhə ilə yanaşır, ancaq buna qarşı deyil. Avstraliya viza sərbəstliyinin veriəcəyi təqdirdə insan haqlarının pozulması səbəbindən Türkiyədən Avropaya üz tutan türk miqrantların sayının artacağını iddia edib.

BOLQARISTAN - Türkiyə Egey dənizini miqrantların üzünə bağlasa, bu zaman qaçqınlar Qara dəniz üzərindən Bolqarıstana köç edəcək. Rəsmi Sofiya bu vəziyyətdən narahatdır.

KİPR - Türkiyənin Şimali Kpri "işğal etməsi" və Kipr "Cümhuriyyəti"ni tanımaması səbəbindən Lefkoşa Türkiyəyə viza sərbəstliyinin verməsini istəmir.

FRANSA - Jurnal Fransa prezidenti Fransua Ollandın "Türkiyədə insan haqları qorunmadığı müddətdə türk vətəndaşlara vizasız gediş-gəlişə imkan verilə bilməz" fikirlərini xatırladıb.

MACARISTAN - "Politico" Macarıstan prezidenti Viktor Orbanın bu razılaşmanı tanımadığını bildirib. Orban Türkiyə ilə razılaşmanın məsələni həll etməyəcəyini deyib.

İSPANİYA - Rəsmi Madrid Türkiyə hakimiyyətinin insan haqları və ifadə azadlığını pozduğunu iddia edir. Bu səbədən Madrid də Türkiyə ilə viza rejiminin ləğvinin mümkünsüzlüyünü bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər