19 Mart 2016 20:05
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki bununla bağlı Kanadanın xarici işlər naziri Stefan Dion məlumat verib.

Onun sözlərinə görə, qadağalar Rusiyanın Minsk öhdəliklərini yerinə yetirməməsi və Ukraynanın şərqində vəziyyəti daha da qəlizləşdirməsi səbəbindən irəli sürülüb: "Ümumilikdə yeni sanksiyalar 10 hüquqi və 2 fiziki şəxsə şamil olunub. Sanksiyalar Rusiyanın Minsk razılaşmasının müddəalarını yerinə yetirənədək qüvvədə qalacaq. Düşünürəm ki, dünya birliyi Rusiyaya qarşı təzyiqləri artırmalıdır".

Samir


Müəllif:

Oxşar xəbərlər