Ərzurumun Pasinler rayonundan şəhər mərkəzinə gələn içərisində çevik qüvvə polislərinin olduğu maşın yolun sürüşkən olması səbəbindən aşıb.
Teleqraf.com modern.az-a istinadən bildirir ki, yaralanan 18 polis Ərzurumda xəstəxanalara yerləşdiriliblər.
Qəzada 1 polis məmuru başından, 1 polis məmuru da ayağından yaralanarkən, yüngül xəsarət alan digər polis məmurları götürüldükləri xəstəxanalarda aparılan müalicələrin ardından evlərinə göndəriliblər.