Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror aktlarına qarşı mübarizə aparmaq üçün səfərbərlik çağırışı edib. Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan xalqa çağırışında terror və terror təşkilatlarına qarşı səfərbərlik elan edib.
O, qeyd edib ki, demokratik yoldan imtina etmədən terroru dəstəkləyənlərə qarşı ciddi mübarizə aparacaqlar: "Bizi yolumuzdan döndərə bilməyəcəklər. Terrora dəstək verənlərə parlamentdə yer yoxdur".
Ərdoğan yaxın günlərdə terrorla mübarizə taktikasını açıqlayacağını bildirib.
Ayxan