24 Mart 2016 08:51
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldəki terror aktları nəticəsində 300-ə yaxın adam yaralanıb. Musavat.com xəbər verir ki, bu barədə məlumatı RTBF Səhiyyə Nazirliyinə istinadən yayıb.

“Son məlumatlara görə, 31 nəfər ölüb, 300-ə yaxın adam yaralanıb. 150-yə yaxın yaralı hələ də xəstəxanadadır”, - məlumatda deyilir.

Səhiyyə Nazirliyindən bildirilib ki, 61 nəfər intensiv terapiya şöbələrində müalicə olunur.

Partlayışlar nəticəsində 40-dan çox fərqli millətin nümayəndəsi yaralanıb.

Martın 22-də Brüsseldə üç partlayış baş verib. Partlayışlardan ikisi hava limanında, biri isə metroda törədilib. Qeyri-rəsmi məlumatlara görə, partlayış nəticəsində 32 nəfər ölüb, 270 adam yaralanıb. Terror aktına görə məsuliyyəti “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı üzərinə götürüb.


Müəllif:

Oxşar xəbərlər