"Palmira Milli Muzeyi tamamilə dağıdılıb".
Teleqeaf.com xəbər verir ki, bu barədə "Ria Novosti"nin hadisə yerində olan əməkdaşı xəbər verib.
Şəhər yollarının minalardan təmizlənməsindən sonra Suriya ordusu jurnalistləri antik şəhərin xarabalıqlarına buraxıb. Döyüşlər gedərkən muzeyin damı, divarları böyük zərər görüb, içəridəki abidələr və başqa tarixi əşyalar tamamilə məhv edilib.
Rusiyanın mədəniyyat naziri Vladimir Medinskiy verdiyi açıqlamada bildirib ki, Moskva azad olunmuş şəhərə təhqiqatçı göndərməyə hazırlaşmır. Çünki, salamat qalmış əşyaların təhlükəsizliyi tam təmin edilməyib.
Yusif