Belçikada 38 nəfərin ölümünə səbəb olan terror aktını törətməkdə şübhəli bilinən Fayçal Cheffou sərbəst buraxılıb.
Teleqraf.com "Franspress"ə istinadən xəbər verir ki, terror olayında iştirakda şübhəli bilinən Fayçal Cheffou saxlanıldıqdan iki gün sonra sərbəst buraxılıb. Hakim buna əsas kimi sübutların olmamasını önə sürüb.
Qeyd edək ki, terrorçuların hava limanında çəkilmiş görüntüsündə Fayçal Cheffou da yer almışdı. Amma məhkəmə onu həbs etməyib.
Ayxan