29 Mart 2016 16:30
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada fəaliyyət göstərən SKY News kanalı İŞİD-in Türkiyədə yəhudi uşaqların təhsil aldığı ibtidai və orta məktəbləri hədəfə aldığını iddia edib.

Teleqraf.com xəbər verir ki, SKY News-in iddiasına görə, ötən həftə Qaziantəpdə saxlanılan İŞİD üzvü istintaqda terror təşkilatının yəhudi uşaqların təhsil aldığı ibtidai və orta məktəblərin, eləcə də gənclər mərkəzinin vurulması planı hazırladığını bildirib.

SKY News türk polisinin qeyd edilən obyektlərdə mühafizəni gücləndirdiyini qeyd edib.

Xatırladaq ki, martın 28-də İsrail İŞİD terror təşkilatının İstanbulun Taksim meydanında həyata keçirdiyi terror aktından sonra yeni hücumların ola biləcəyi ehtimalını irəli sürərək vətəndaşlarına Türkiyəni tərk etməsini tövsiyə edib.

Cabbar


Müəllif:

Oxşar xəbərlər