Türkiyə mediasında Ərdoğanın prezident olacağı təqdirdə onun yerinə kimin keçəcəyi müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, avqustda keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca baş nazirlik kürsüsü və AKP-nin aqibəti Türkiyə mətbuatının gündəmindən düşmür. Prezident Abdullah Gülün AKP-nin rəhbərliyinə keçəcəyi ehtimal olunur. Eyni zamanda digər sürpiz namizədlərin olacağı da istisna edilmir.
Bu gün isə AKP sədrinin müavini Mehmet Ali Şahin baş nazirin prezident olacağı təqdirdə köməkçilərinidən birinin onun yerinə keçəcəyini açıqlayıb.
Qeyd edək ki, hazırda bu postda Bület Arınç, Ali Babacan, Emrullah İşler və Beşir Atalay var. Şahinin sözlərinə görə Ərdoğanın prezident olacağı təqdirdə onun yerinə bu 4 siyasətçidən biri keçəcək.
Bununla yanaşı, partiya içərisindən baş nazirlik üçün isə Binali Yıldırım kimi namizədlərin adları hallanır. Son iddialar görə siyahıya xarici işlər naziri Əhməd Davudoğlunun adı da əlavə edilib.
Dəniz Əliyeva