Ərdəbil zindanında qondarma ittihamlarla şallaq cəzasına məhkum edilən azərbaycanlı fəallara şallaq vurulub.
Teleqraf.com “GünAz” TV-yə istinadən xəbər verir ki, Ərdəbil İnqilab Məhkəməsinin qeyri-insani hökmü aprelin 6-da icra olunub.
Təhid Əmir Əmini, Murtaza Pərvin, Meysəm Colani, Saleh Piçqanlu və Mustafa Pərvinə Ərdəbil Məhkəmə Orqanları məsullarının gözü qarşısında hər birinə 30 zərbə şallaq vurulub.
Hazırda Ərdəbil zindanında saxlanılan fəallar, tanınmış fəal Abbas Lisaninin azad edilməsi ilə bağlı Ərdəbil stadionunda plakat qaldırıblar. Həmin fəallar Ərdəbil İnqilab Məhkəməsi tərəfindən həbs və şallaq cəzasına məhkum edilib.