İŞİD terror təşkilatı döyüşçüləri Suriyanın əl-Qaryatain şəhərində kütləvi edam həyata keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terrorçuların budəfəki hədəfi şəhərdə yaşayan 21 xristan olub. Bununla bağlı Suriya pravoslav kilsəsinin patriarxı II Ignatius Aphrem məlumat verib.
Onun sözlərinə görə, edam edilənlərdən 3-ü qadındır: "Daha beş nəfər itkin düşüb. Ehtimal olunur ki, onlar da öldürülüb".
Qeyd edək ki, İŞİD-çilər ötən ilin avqustunda əl-Qaryatain şəhərini ələ keçirib.
Samir