Dağlıq Qarabağda qoşunların təmas xəttində yaranmış gərginlik Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının gündəliyinə daxil edilib.
Teleqraf.com AŞPA-ya istinadən xəbər verir ki, aprelin 18-də keçiriləcək iclasda “Dağlıq Qarabağ münaqişəsinin son və faciəvi eskalasiyası” mövzusunda müzakirələr aparılacaq.