"ABŞ hakimiyyəti Ukrayna güc strukturlarının hərbi hazırlıq proqramını qısaldıb".
Teleqraf.com xəbər verir ki, bununla bağlı "USA today" nəşri məlumat yayıb.
Qəzetin məlumatına görə, buna səbəb Rusiya tərəfini qıcıqlandırmamaqdır.
Martda Ukrayna ordusunun hazırlanması üçün xərcləri artıran Vaşinqton bəyan edib ki, ABŞ Ukraynanın şərqindəki vəziyyəti nizamlamağa yardım etmək məqsədilə hökumət qüvvələrinə müdafiə taktikası ilə bağlı təlimlər keçəcək: "Bizim əsas məqsədimiz münaqişəni kəskinləşdirmək deyil, ukraynalıların öz torpaqlarını daha effektiv üsullarla qorumasına yardım etməkdir. Biz Ukraynaya döyüş təyyarələri satmaq niyyətində deyilik".
Bu qərar respublikaçılar tərəfindən sərt reaksiya ilə qarşılansa da, onlar Ağ Evin Moskva ilə münasibətlərə çox ehtiyatla yanaşdığını iddia edirlər.
Qeyd edək ki, bir müddət əvvəl Kiyev ABŞ-dan Ukrayna silahlı qüvvələrinin snayperlərinə təlim keçirilməsini xahiş edib. Ancaq ABŞ tərəfi bundan imtina edib.
Samir