13 Aprel 2016 11:34
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın paytaxtı Amsterdamdakı "Schiphol" aeroportunda həyəcanlı anlar yaşanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxs polisə zəng edərək, hava limanına bomba qoyulduğunu bildirib.

Təhlükəsizlik səbəbindən aeroport binası dərhal boşaldılıb. Axtarışlar zamanı şübhəli paket aşkar edilib. Şəhər polisinin verdiyi məlumata görə, hadisə ilə əlaqədar bir şübhəli şəxs saxlanılıb.

Samir


Müəllif: