14 Aprel 2016 16:45
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna Minsk öhdəliklərini yerinə yetirməkdən imtina edib".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı vətəndaşların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Minsk öhədliklərinə görə, Ukraynanın şərqində konstitusiya islahatları aparılmalı və prezident Petro Poroşenko amnistiya ilə bağlı qanun imzalamalıdır: "Əgər həmkarlarımız bizim bu yolu birgə qət etməyimizi istəyirsə, Kiyevə qarşı təzyiqləri artırmalıdır. Biz öhdəliklərimizi yerinə yetirmişik".

Putin Ukraynanın yeni hökuməti ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, yeni hökumət xələfinin səhvlərindən nəticə çıxarmalıdır.

Samir


Müəllif:

Oxşar xəbərlər